Bakı. Trend:
Dövlət qulluğuna qəbul qaydalarında dəyişiklik edilir.
Trend-inməlumatına görə, bu məsələ Milli Məclisin Hüquq siyasəti və dövlətquruculuğu komitəsinin bugünkü iclasında müzakirə olunan “Dövlətqulluğu haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanunlayihəsində öz əksini tapıb.
Mövcud qanunvericiliyə əsasən, 1-3-cü kateqoriya dövlətorqanlarında (müvafiq icra hakimiyyəti orqanı, habelə AzərbaycanRespublikasının xarici ölkələrdə ticarət nümayəndələri istisnaolmaqla) inzibati vəzifələrin birinci üçüncü təsnifatlarına uyğunolan vəzifələrə qəbul daxili müsahibə əsasında həyatakeçirilir.
Təklif olunan dəyişikliyə əsasən, 1-3-cü kateqoriya dövlətorqanlarında inzibati vəzifələrin birinci üçüncü təsnifatlarınauyğun olan vəzifələrə (yerli icra hakimiyyəti orqanlarınınrəhbərlərinin müavinləri və Azərbaycan Respublikasının xariciölkələrdə ticarət nümayəndələri istisna olmaqla) qəbul daxilimüsahibə əsasında həyata keçiriləcək.