AZ

İsrailin müdafiə naziri Qəzza əməliyyatını “DƏNİR YUMRUQ” adalandırdı

İsrail Müdafiə Qüvvələri İsrailin baş naziri Binyamin Netanyahunun HƏMAS terror hərəkatının son qalası adlandırdığı Qəzza şəhərini ələ keçirmək üçün qurudan hücuma keçib.

Herbiand.az xəbər verir ki, bu barədə “Axios” internet nəşri məlumat yayıb.

Nəşrin İsrail hökumətində olan mənbələrinin verdiyi məlumata görə, əməliyyat son nöktə qoyulana qədər davam edəcək.

sentyabrın 15-i axşam saatlarında İsrail Hərbi Hava Qüvvələri Qəzza şəhərinə kütləvi hava hücumları həyata keçirib. Fələstin mediasının məlumatına görə, qısa müddət sonra İsrail tankları şəhərə daxil olub.

“Axios”un məlumatına görə, artıq şəhərdə kütləvi təxliyələr başlayıb.

Sentyabrın 16-da səhər saatlarında əməliyyatın başlanması ilə bağlı məlumatı İsrailin müdafiə naziri İsrael Katz təsdiqləyib. Onun sözlərinə görə, İsrail ordusu Qəzza zolağında terror infrastrukturuna “dəmir yumruq”la zərbələr endirir. Katz X-in mikrobloqunda "Qəzza yanır" yazıb.

Seçilən
3
herbiand.az

1Mənbələr