AZ

ABŞ dövlət katibi Marko Rubio: HƏMAS-ın atəşkəs razılaşmasını qəbul etməsinə cəmi günlər qalıb



ABŞ dövlət katibi Marko Rubio bildirib ki, İsrail Qəzzanı bombalamağa davam edir və HƏMAS-ın atəşkəs razılaşmasını qəbul etməsi üçün vaxt daralır.
İsraildən Qətərə yola düşərkən jurnalistlərə açıqlama verən Rubio, "İsraillilər orada əməliyyatlara başlayıblar. Ona görə də razılaşmanın yekunlaşması üçün çox qısa müddətimizin olduğuna inanırıq. Artıq aylarımız yoxdur; yəqin ki, yalnız günlərimiz, bəlkə də bir neçə həftəmiz var" dedi.

Rubionun bəyanatları dinc əhalinin İsrailin intensiv hava hücumları altında həyatını itirdiyi bir vaxta təsadüf edir.

İsrailin "hərbi əməliyyatlar" kimi qələmə verdiyi hücumlar Qəzzada humanitar böhranı dərinləşdirir və beynəlxalq ictimaiyyətin artan tənqidinə səbəb olur.

Bu arada, “Jerusalem Post”un məlumatına görə, İsrail ordusu Qəzza şəhərinə qarşı yeni qurudan hücuma başlayıb.

İsrail mənbələrinə istinadən xəbər verilir ki, tanklar şəhərə daxil olmağa başlayıb.

aia.az
Tərcümə şöbəsi



Seçilən
44
2
aia.az

3Mənbələr