Türkiyənin məşhur "Kızılcık Şerbeti" serialının ssenari müəlliflərindən biri Merve Göntem polis tərəfindən saxlanılıb.
BAKU.WS xəbər verir ki, məlumatı "TGRT Haber" yayıb.
Bildirilib ki, Göntemin saxlanılmasına səbəb onun sosial şəbəkədə paylaşdığı fikir olub.
O, universitet tələbəsi olan qızların pul müqabilində qeyri-əxlaqi davranışlarını müdafiə edərək, bunun normal olduğunu yazıb.