Axsham.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.
Xalq artisti Brilliant Dadaşovanın ad günü olub.
Axşam.az xəbər verir ki, müğənni özəl gününü ailəsi ilə birlikdə qeyd edib.
Yaxınları bir araya toplaşaraq Dadaşovanı təbrik ediblər. İfaçının özəl günündən görüntünü oğlu Cahad paylaşıb.
Qeyd edək ki, Brilliant Dadaşovanın musiqi karyerası 1983-cü ildə Eldar Mansurovun mahnıları ilə başlayıb. 1985-ci ildə müğənni Moskvada keçirilən Ümumdünya Gənclər Festivalında ilk dəfə böyük səhnəyə çıxıb. 1986-cı ildə Dadaşova və Akif İslamzadə "Hər şey gözəldir həyatda" adlı mahnını yazdırıb və bu mahnı Azərbaycanda çox məşhur olub. Həmin ildə Dadaşovanın eyni adlı musiqi albomu işıq üzü görüb. O, saysız böyük əsərlər ifa edib. 1987-ci ildə o, sovet ifaçıları arasında keçirilən müsabiqədə birinci yerə nail ola bildi.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.