AZ

Rusiyaya qarşı yeni sanksiyanın qəbulu təxirə salınıb

ain.az bildirir, Reyting.az saytına əsaslanaraq.

Avropa Komissiyası (AK) növbəti anti-Rusiya sanksiyalar paketini sentyabrın 17-də təqdim etməyəcək. Sanksiyanın qəbulu qeyri-müəyyən müddətə təxirə salınıb. Reyting.az xəbər verir ki, bu barədə Avropanın “Politico” nəşri avropalı diplomata və blok ölkələrindən birinin rəsmisinə istinadla məlumat yayıb.Onların fikrincə, 19-cu sanksiyalar paketinin dərci “artıq çərşənbə günü gözlənilmir”. AK yeni sanksiyaların rəsmi təqdimatı üçün yeni mümkün tarixləri dəqiqləşdirməyib.Bildirilir ki, yeni sanksiya tətbiqinin gecikməsinə səbəb Avropa İttifaqının diqqətinin Slovakiya və Macarıstana təzyiq göstərməyə yönəlməsi ilə bağlıdır: Avropa İttifaqı istəyir ki, Slovakiya və Macarıstan rus neftindən asılılığı azaltsınlar.ELÇİN

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
12
1
reyting.az

2Mənbələr