AZ

Qəçrəşdə havanı çirkləndirən restoranlar cərimələndi

Azərbaycanda fəaliyyət göstərən ictimai-iaşə obyektləri və restoranlarda havaya zərərli maddələrin atılmasının qarşısının alınması üçün qaz-toz tutucu qurğuların quraşdırılmaması faktı aşkar olunub.

"Unikal" xəbər verir ki, bu barədə Dövlət Ekoloji Təhlükəsizlik Xidməti məlumat yayıb.

Belə ki, obyektlər Quba-Qəçrəş yolunun sağ tərəfində fəaliyyət göstərən "Aynur Forest", Xaçmaz rayonu Müşkür kəndinin inzibati ərazisində fəaliyyət göstərən "Çənlibel", "Cənnət bağı", "Yaşıl bağ", Nabran kəndinin inzibati ərazisində fəaliyyət göstərən "Salam", "Çeşmə" restoranları və Xaçmaz rayonu Seyidli kəndinin inzibati ərazisində fəaliyyət göstərən "Malibu" istirahət mərkəzi olub.

Faktlarla bağlı müvafiq olaraq adıçəkilən obyektlərin icarədarları Ramazan Məmmədov,  Məmmədtağı Məmmədov, Natiq Rəcəbov, Toğrul Məhsimov, Yaşar Həmidov, İlqar Paşayev və "Salam" restoranının sahibi Dostmət Seyidov barəsində vəzifəli şəxs qismində "İnzibati xəta haqqında Protokol" tərtib olunub.  Həmçinin qanunamüvafiq tədbir görülüb.

Seçilən
21
2
unikal.az

4Mənbələr