AZ

İsrail nazirinin ofisinə polis basqını: nazir və köməkçiləri saxlanıldı

Mia.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

İsrail polisi bu gün səhər Sosial Bərabərlik və Qadınların Təşviqi naziri May Qolanın ofisinə basqın edib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu haqda İsrail dövlət televiziyası KAN məlumat açıqlayıb.

Açıqlamaya görə, İsrail polisinin nəzdində korrupsiya qarşı yaradılmış "Lahav 433" bölməsi bu gün sübh tezdən korrupsiya, fırıldaqçılıq və vergi ödəyicilərinin pullarını mənimsəməkdə ittiham olunan nazir May Qolanın ofisinə qəfil əməliyyata başlayıb: "Daha sonra nazir şübhəli şəxs qismində aparılıb..."

Məlumatda deyilir ki, nazirlə yanaşı, köməkçi və iki müşaviri də saxlanılıb: "Onların günün sonuna qədər məhkəməyə çıxarılma ehtimalı var..."

Lamiyə Əhmədli

MİA.AZ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
23
mia.az

1Mənbələr