AZ

İtaliyanın müdafiə naziri etiraf etdi - Hazır deyilik

Yazını böyüt
Yazını kiçilt

“İtaliya Rusiya və digər ölkələrin hücumuna hazır deyil”.

Hafta.az xəbər verir ki, bunu İtaliyanın müdafiə naziri Quido Krosetto deyib.

Nazir Rusiya tərəfindən Polşanın hava məkanının pozulması, eləcə də Ukrayna müharibəsində təxribatların artması fonunda həm hökumət daxilində, həm də xaricində silahlanmaya daha tez hərəkət etmək çağırışı edib:

“İtaliyanı özünümüdafiə vəziyyətinə salmalıyıq. Siqnal yeni deyil. Həftələr keçdikcə onun real ola bilmə riski artır. Biz nə Rusiyanın hücumuna, nə də başqa ölkənin hücumuna hazır deyilik. Düşünürəm ki, kimsə bizə hücum etmək qərarına gəlsə, özünümüdafiə vəziyyətinə keçməliyik. Biz hazır deyilik. Son 20 ildə müdafiəyə çox da sərmayə qoyulmayıb”.

Seçilən
22
2
hafta.az

3Mənbələr