AZ

Tramp Alyaskada Putinlə görüşdə hansı səhvə yol verib?

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Donald Trampın Alyaskada Rusiya lideri Vladimir Putinlə keçirdiyi görüşdə əsas səhvə yol verdiyini bildirib.

Bizim.Media xəbər verir ki, bu barədə UNIAN nəşri yazıb.

Zelenskinin sözlərinə görə, Tramp həmin sammiti Ukraynanın da iştirakı ilə üçtərəfli formatda təşkil etməli idi.

“Əgər bu, Ukraynanın da iştirak etdiyi üçtərəfli görüş olsaydı, biz müəyyən nəticə əldə edə bilərdik”, – deyə Zelenski vurğulayıb.

O həmçinin əlavə edib ki, Alyaskadakı görüş Rusiyanı “təcriddən çıxardı” və digər sammitlər və formatlar üçün “qapılar açdı”.

Xatırladaq ki, avqustun 15-də Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp son yeddi ildə ilk dəfə olaraq geniş formatlı görüş keçiriblər. Sammit Alyaskanın Ankoric şəhərində baş tutub. Liderlər “əhəmiyyətli irəliləyişlər” barədə bəyanatla çıxış etsələr də, heç bir sülh sazişi imzalanmayıb. Görüşdə əsas məsələlər, o cümlədən Ukraynadakı münaqişənin dayandırılması müzakirə olunub.

Tramp sammitin yekununda ABŞ, Rusiya və Ukrayna prezidentlərinin üçtərəfli görüşünə hazırlıqlara başlandığını açıqlayıb. Öz növbəsində Putin Trampı Moskvaya dəvət edib.


Bizim.Media

Seçilən
11
1
bizim.media

2Mənbələr