AZ

Ucuz geyimin “bahalı” ZƏRƏRİ “Temu”dan alınan geyimlərin YARATDIĞI TƏHLÜKƏ

Bizim media saytından verilən məlumata görə, ain.az xəbər verir.

Həm Azərbaycanda, həm də digər ölkələrdə "Temu" kimi platformalardan alış-veriş edənlər artıb. Ancaq mütəxəssislərin bir çoxu oradan alınan geyimləri tövsiyə etmirlər. Çünki onların əksəriyyəti polyester materialdan hazırlanır. Polyester material dünyada ən çox istifadə olunan sintetik parçaların növlərindən biridir. Bu parça qırışmağa davamlı olsa da, tez qurusa da, mütəxəssislər onun sağlamlıq üçün mənfi xüsusiyyətlərinin olduğunu da deyir. Bəs bunlar nələrdir? Bizim.Media-ya açıqlama verən dermatoloq Tünzalə Əzizli bildirib ki, sözügedən geyimlər dəridə  qızartı, səpki, qaşınma kimi əlamətlərlə özünü göstərə bilər:“Polyester material kontakt allergik dermatit yarada bilər. Bunun səbəbi sırf polyester materialların tərkibində olan kimyəvi maddələrdir”. Polyester dərinin tənəffüsünə maneə olur… Dermotoloq qeyd edib ki, bu materiallar dəriyə havanın keçməsinin qarşısını alır. Tənəffüs disbalansı yaratdığına görə, dəri hüceyrələrində tənzimlənmə düzgün getmir. Bu da allergik reaksiyaların yaranmasına səbəb olur.Nəzrin Mirzəyeva, Bizim.Media

 

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
37
1
bizim.media

2Mənbələr