AZ

ABŞ Kolumbiyanı narkotrafikə qarşı mübarizədə müttəfiq statusundan məhrum edib

Prezident Qustavo Petro qərarı sərt tənqid etdi...

Poliqon xəbər verir ki, Kolumbiya prezidenti Qustavo Petro ABŞ-ın ölkəsini narkotrafikə qarşı mübarizədə müttəfiq statusundan məhrum etdiyini açıqlayıb. Məsələ ilə bağlı məlumatı Fransanın AFP agentliyi yayıb. Bildirilib ki, Vaşinqton bu qərarla bağlı hələlik rəsmi şərh verməyib.

Məlumata görə, bu addım Kolumbiyanın ABŞ-dan aldığı hərbi dəstəyə ciddi təsir göstərə bilər. Xüsusilə, Kolumbiyanın “yüz milyonlarla dollar dəyərində Amerika hərbi yardımını itirmək riski” ilə üzləşəcəyi vurğulanır. Prezident Petro bəyan edib ki, ABŞ bu statusu onlarla kolumbiyalı polis və əsgərin narkokartellərə qarşı mübarizədə həlak olmasından sonra geri alıb.

Xatırladaq ki, avqust ayında Kolumbiya lideri ABŞ-ın Venesuela ərazisində hərbi əməliyyat keçirmək planlarını sərt tənqid etmişdi. O, bu təşəbbüsü “bütün Latın Amerikasına qarşı təcavüz aktına hazırlıq” kimi dəyərləndirmiş və Venesuelaya mümkün hərbi dəstək veriləcəyini də bəyan etmişdi.

Poliqon.info

Seçilən
36
poliqon.info

1Mənbələr