AZ

İsrail Qəzzada quru əməliyyatına başladı – ABŞ-ın dəstəyi ilə

İsrail ordusu Qəzza şəhərini tam işğal etmək məqsədilə genişmiqyaslı quru əməliyyatına start verib.

Musavat.com-un “Axios”a istinadən məlumatına görə, bazar ertəsi axşam saatlarında İsrail Hərbi Hava Qüvvələri Qəzzaya kütləvi hava zərbələri endirib, az sonra isə fələstin mediası israilli tankların şəhərə daxil olduğunu bildirib.

Məlumata əsasən, hücum ABŞ dövlət katibi Marko Rubionun İsrailin baş naziri Benyamin Netanyahu və kabinet üzvləri ilə görüşündən bir neçə saat sonra başlanıb. İsrailli rəsmilərdən ikisi bildirib ki, Rubio Netanyahunu Tramp administrasiyasının əməliyyatı dəstəklədiyi barədə məlumatlandırıb. Lakin Vaşinqton əməliyyatın sürətlə həyata keçirilməsini və qısa zamanda başa çatmasını istəyib.

Musavat.com

Seçilən
37
musavat.com

1Mənbələr