AZ

Azərbaycanda 4 günlük rejim ola bilər: qərar gözlənilir YENİLİK

GlobalInfo portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Bakı Dövlət Universitetində (BDU) bakalavriat təhsil səviyyəsi üzrə həftəlik dərs yükünün azaldılaraq 4 günə endirilməsi müzakirələrə yol açıb. Bildirilir ki, bəzi ölkələrdə həm məktəb, həm də universitetlərdə belə təcrübəyə rast gəlinir. Məsələn, bir sıra Avropa dövlətlərində həftəlik dərs yükü sıxlaşdırılaraq 4 günə qədər azaldılır, ABŞ-ın bir neçə ştatında məktəblərdə eyni sistem sınaqdan keçirilir. 

Azərbaycanda belə bir sistemin digər ali və orta təhsil müəssisələrində tətbiqi nə qədər realdır? Dərs günləri azaldıla bilərmi?

Globalinfo.az-a danışan təhsil eksperti İlqar Orucov deyib ki, dörd günlük dərs qrafikinə keçid hazırda Avropa və ABŞ-ın bir sıra universitetlərində uğurla həyata keçirilir:

“Ölkəmizdə isə bu sistem ilk olaraq BDU-da bəzi ixtisaslar üzrə tətbiq olunmağa başlayıb və bu ildən etibarən daha geniş şəkildə tətbiq olunur. Əslində belə yanaşma praktiki baxımdan kifayət qədər uğurludur. Əgər ənənəvi beş günlük sistemdə gündə orta hesabla dörd saat dərs keçirilirdisə, dörd günlük sistemdə bu müddət  beş-altı saata qədər artırılır. Yəni ümumi dərs yükü eyni qalır, sadəcə olaraq dərslər daha intensiv şəkildə keçirilir”.

İlqar Orucov

Ekspert bu sistemin bir sıra üstünlüklərinin olduğunu vurğulayıb:

“Əvvəla, tələbələrdə akademik stress azalır və onlara daha çox asudə vaxt qalır. Bu, onların praktiki fəaliyyətlərə, layihə əsaslı öyrənməyə və tədqiqat işlərinə yönəlməsinə imkan yaradır. Eyni zamanda bu sistem müəllimlərə də tədqiqat işlərinə daha çox vaxt ayırmağa imkanı verir. Bu da ümumilikdə universitetlərin elmi potensialının artırılması baxımından əhəmiyyətlidir. Avropa universitetlərində bu sistem daha çox texniki ixtisaslar üzrə tətbiq olunur. Çünki həmin sahələrdə tələbələrin nəzəri biliklərlə yanaşı, praktiki bacarıqlar əldə etməsi vacibdir. Dörd günlük dərs cədvəli onlara məhz bu bacarıqları qazanmaq üçün əlavə vaxt qazandırır”.

İ.Orucov düşünür ki, gələcəkdə bu təcrübənin ölkəmizin digər universitetlərində də tətbiq olunması mümkündür:

“Bakı Dövlət Universiteti artıq bu istiqamətdə ilk addımı atıb. Nəticələr müsbət olarsa, digər ali təhsil müəssisələrinin də bu təcrübəni tətbiq etməsi məqsədəuyğun olar. Təbii ki, bu keçid sadəcə dərs saatlarının artırılmasından ibarət deyil. Eyni zamanda tədris prosesinə yanaşmada da dəyişikliklər tələb olunur”.

Zaira Akifqızı

Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
25
2
globalinfo.az

3Mənbələr