AZ

“McLaren” pilotları Bakıda qələbəyə kökləniblər

Ötən il Oskar Piastri Azərbaycan Qran-Prisinin qalibi olmuşdu. Avstraliyalı “McLaren” pilotu qarşıdakı həftəsonunda uğuru təkrarlamağa çalışacaq. SİA xəbər verir ki, onun komanda yoldaşı Lando Norris də yüksək nəticə qazanmağa iddialıdır. Üstəlik, məhz Bakıda mövsümün yekununda “McLaren” Konstruktorlar Kubokunu təmin edə bilər.

“Bakıya qayıtmağı səbirsizliklə gözləyirəm. Şəhər yollarında bizi tamamilə fərqli sınaqlar gözləyir və sükan arxasında onları necə dəf edəcəyimi görmək üçün səbirsizlənirəm. Uokingdəki bazada çox işlədim ki, növbəti qələbəyə maksimum hazır olum”, - deyə Lando Norris bildirib.

Oskar Piastri qeyd edib ki, keçənilki Bakı yarışı ilə bağlı yalnız ən isti xatirələri var: “Mənim üçün həyatımın ən yaxşı yarışlarından biri idi və yüksək nəticə qazandığım trekə qayıtmaq hər zaman xoşdur. Yeganə məqsədim bu həftəsonunda da ötənilki nəticəni təkrarlamaqdır. Hazırda fərdi hesabda liderəm və sürücülüyümdən çox razıyam. Azərbaycana yollanmadan öncə çətin və proqnozlaşdırılması mümkün olmayan şəhər yarışına hazırlaşırdıq. Bakı texniki baxımdan mürəkkəb trasdır, pilotlardan maksimum dəqiqlik tələb edir. Bu mərhələ bizim üçün xüsusi əhəmiyyət daşıyır. Çox kəskin rəqabət var, amma biz öz vəzifələrimizə fokuslanmışıq və qarşıdakı həftəsonuna tam hazırıq”, - deyə komanda rəhbəri Andrea Stella təəssüratlarını bölüşüb.

Seçilən
16
3
sia.az

4Mənbələr