Qeyd edək ki, 2025-ci il dövlət büdcəsinin gəlirləri 38 356 000,0 min manat, xərcləri 41 407 600,0 min manat proqnozlaşdırılıb. Beləliklə, 2026-cı ildə dövlət büdcəsinin gəlirlərində 67 milyon manat (0,17 faiz), xərclərində 141 milyon manat (0,34 faiz) artım nəzərdə tutulub.
Ajans.az xəbər verir ki, bu, Maliyyə Nazirliyinin “Azərbaycan Respublikasının 2026-cı ilin dövlət və icmal büdcələrinin ilkin göstəricilərinə dair Açıqlama”sında əksini tapıb.