AZ

Gələn il səhiyyəyə ayrılan vəsait artırılacaq

Gələn il dövlət büdcəsində səhiyyə xərclərinə 2 milyard 52.4 milyon manat ayrılması proqnozlaşdırılır.

Operativ Media-nın xəbərinə görə, bu, Maliyyə Nazirliyinin “Azərbaycan Respublikasının 2026-cı ilin dövlət və icmal büdcələrinin ilkin göstəricilərinə dair Açıqlama”sında əksini tapıb.

Beləliklə, səhiyyə xərclərinin büdcədə xüsusi çəkisi 4,9 faiz olacaq.

Səhiyyə xərcləri 2025-ci illə müqayisədə 58,9 milyon manat, yaxud 2,9 faiz çox olacaq. 2025-ci ildə büdcədə səhiyyə xərcləri 1 milyard 993, 5 milyon manat nəzərdə tutulub.

Seçilən
13
3
operativmedia.az

5Mənbələr