AZ

İqlim paradoksu: Kütləvi meşə yanğınlarının planet üçün faydası

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



İqlim dəyişikliyi dünya üzrə, xüsusilə ABŞ-də meşə yanğınlarının sayını və miqyasını artırır. Bu isə sağlamlıq, iqtisadiyyat və ekologiya üçün ciddi risklər yaradır. Lakin alimlərin yeni araşdırması gözlənilməz bir paradoksu üzə çıxarıb.
Oxu.Az xəbər verir ki, bu barədə PHYS.org məlumat yayıb.
2005-2015-ci illərin real məlumatlarını və iqlim modellərini təhlil edən tədqiqatçılar müəyyən ediblər ki, yanğınların yaratdığı güclü istilik havada qalxan axınlar formalaşdırır, atmosferdə dalğalar yaradır və nəticədə, ABŞ-nin şərq sahillərinə daha çox yağış gətirir. Bu yağışlar isə havadakı zərərli hissəcikləri (PM2.5) yuyaraq atmosferi müəyyən qədər təmizləyir.
Mütəxəssislərin sözlərinə görə, mövcud iqlim modelləri əsasən tüstünü nəzərə alır və buna görə də mənfi təsirləri şişirdir. Yeni hesablama göstərib ki, istinin nəzərə alınmaması nəticəsində 1 200 əlavə ölüm və 3,3 milyard dollarlıq iqtisadi itki barədə yanlış proqnozlar ortaya çıxıb.
"Meşə yanğınları təhlükəlidir, amma onların bütün təsirlərini düzgün qiymətləndirmək siyasətçilərə və ekoloqlara daha dəqiq qərarlar verməyə imkan yaradacaq", - deyə alimlər bildiriblər.
Beləliklə, araşdırma paradoksal nəticə ortaya qoyur: meşə yanğınları həm böyük fəlakət, həm də havanın "təbii filtri" ola bilər.
Seçilən
70
1
oxu.az

10Mənbələr