AZ

Türkiyənin Hakim Partiyasının sədr müavini: Cənubi Qafqaz çox mühüm sülh və inkişaf layihəsini həyata keçirməyə hazırlaşır

ain.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Ankara, 16 sentyabr, AZƏRTAC

Şuşa Bəyannaməsində öz əksini tapmış ciddi siyasi iradə Türkiyənin Azərbaycanla dövlətlərarası münasibətlərin gələcək inkişafı ilə bağlı baxışını formalaşdırır. Zəngəzur dəhlizi Azərbaycan və bütün Türk dünyası ilə gələcək yaxınlaşma yolunda mühüm addımdır.

AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AKP) sədrinin müavini, Türk Dövlətləri ilə Əlaqələr Baş İdarəsinin rəhbəri Kürşad Zorlu jurnalistlərə bildirib.

Onun sözlərinə görə, Azərbaycanın qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında marşrut Cənubi Qafqaz və Şərqi Anadolunun mühüm iqtisadi potensialını üzə çıxarmağa imkan verəcək.

Siyasətçi Zəngəzur dəhlizinin işə salınmasının Türkiyənin şərqində, Azərbaycanla həmsərhəd olan İğdır vilayətinin də inkişafına təkan verəcəyinə əminliyini ifadə edib.

Zəngəzur dəhlizini “Türk marşrutu” adlandıran AKP sədrinin müavini Türkiyə Cümhuriyyətinin qurucusu və ilk Prezidenti Mustafa Kamal Atatürkün Naxçıvana və bütövlükdə Azərbaycana göstərdiyi diqqəti xatırladıb.

“Bu gün Cənubi Qafqaz Naxçıvan və İğdırdan keçəcək çox mühüm sülh və inkişaf layihəsini həyata keçirməyə hazırlaşır”, - deyə K.Zorlu bildirib.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
34
2
azertag.az

3Mənbələr