AZ

İsraildə nazirin keçmiş müşavirinin evində narkolaboratoriya aşkarlanıb

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



İsrailin Sosial Bərabərlik Naziri Mey Qolanın ofisində axtarış keçirilib, onun köməkçilərindən birinin yaşayış yerində isə çətənənin kultivasiyası üçün narkolaboratoriya aşkar edilib.
Oxu.Az bu barədə "The Jerusalem Post" nəşrinə istinadən xəbər verir
Bildirilir ki, polis ifrat sağ siyasətçi Mey Qolanın iş kabinetində maliyyə pozuntuları, o cümlədən büdcə vəsaitlərinin məqsədyönlü istifadə edilməməsi və firildaqçılıq şübhəsi ilə axtarış keçirib.
Qolanın əvvəllər müşaviri vəzifəsində çalışmış vəkili də həbs edilib.
Nazirin müşavirinin (adı hələ açıqlanmayıb) evində keçirilən axtarışlar zamanı narkolaboratoriya aşkar edilib. Yerli mətbuatın məlumatına görə, marixuananın yetişdirilməsinə onun həyat yoldaşı cavabdeh olub.
Seçilən
70
2
oxu.az

3Mənbələr