AZ

İsrailin Livana endirdiyi hava zərbəsi nəticəsində azı 12 nəfər yaralanıb

İsrail Hərbi Hava Qüvvələrinə məxsus qırıcı təyyarələrin Livanın cənubundakı Nəbatiyə şəhərinə silsilə zərbələr endirməsi nəticəsində azı 12 nəfər yaralanıb.

APA xəbər verir ki, bu barədə Livanın Səhiyyə Nazirliyinin yaydığı hesabatda deyilir.

"Hava zərbəsi bir neçə evin zədələndiyi Ksar Zaatar bölgəsinə endirilib. Qadınlar və uşaqlar da daxil olmaqla 12 mülki şəxs yaralanıb. Bunlar ilkin məlumatlardır, xilasetmə əməliyyatından sonra qurbanların sayı arta bilər ", - mətndə deyilir.

Seçilən
56
apa.az

1Mənbələr