ain.az xəbər verir, Bakivaxti saytına əsaslanaraq.
Azərbaycanda dövlət büdcəsinin əsas xərc istiqamətləri büdcə siyasəti qarşısında dayanan çağırışlar və sosial-iqtisadi hədəflər əsas götürülməklə ortamüddətli resurs zərfinə uyğun olaraq Milli Xərc Prioritetləri əsasında müəyyənləşdirilib.
Bakıvaxtı.az bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.
Ümumilikdə, 2026-2029-cu illərdə büdcə xərcləri dövlətin əsas funksiyalarının maliyyələşdirilməsinin təmin edilməsinə yönəldiləcək. Ortamüddətli dövrdə dövlət büdcəsi xərclərinin aşağıdakı istiqamətlər üzrə prioritetləşdirilməsi nəzərdə tutulur:
- ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsi, o cümlədən ölkə sərhədlərinin bərpası və toxunulmazlığının təmin edilməsi, ordunun maddi-texniki təchizatının müasirləşdirilməsi, ərazilərin minalardan təmizlənməsi, hərbçilərin sosial təminatının və xidmət şəraitinin yaxşılaşdırılması istiqamətində kompleks tədbirlərin və layihələrin icrası;
- iqtisadiyyata dövlət büdcəsindən birbaşa və dolayısilə dövlət öhdəlikləri, dövlət sifarişi, subsidiya, subvensiya və dotasiya formasında maliyyə dəstəyinin davam etdirilməsi;
- əhalinin sosial müdafiəsinin daha da gücləndirilməsi;
- əməkhaqqı sisteminin təkmilləşdirilməsi;
- müdafiə olunan xərclərin, o cümlədən əməyin ödənişi, pensiyalar, müavinətlər, təqaüdlər və digər sosial ödənişlər ilə bağlı xərclərin maliyyə təminatı;
- dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilməsi nəzərdə tutulmuş dövlət proqram və tədbirlərin maliyyə təminatı.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.