AZ

İtaliyada 15 yaşlı fiqurlu konkisürmə ulduzunu yük maşını vurub

Oxu.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Sentyabrın 15-də İtaliyanın Custino kommunasında yük maşını gənc fiqurlu konkisürmə ulduzu 15 yaşlı Matilda Ferrarini vurub.

Oxu.Az bu barədə "La Gazzetta dello Sport" nəşrinə istinadla xəbər verir.

Məlumata görə, qız yuxarı siniflərdə oxuduğu Tioneyə getmək üçün nəqliyyat vasitəsi gözləyirmiş. Bir neçə rəfiqəsi ilə piyada keçidindən yolu keçərkən onu sürəti vaxtında azalda bilməyən yük maşını vurub.

Hadisə yerinə gələn həkimlərin köməyinə baxmayaraq, Matilda aldığı xəsarətlərdən həlak olub.

Qeyd edək ki, Ferrari 2025-ci ilin yayında İtaliya Kubokunun finalında bürünc medal, 2024-cü ildə Venesiya Kubokunda qızıl medal qazanıb və bir sıra başqa turnirlərin qalibi olub.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
28
1
oxu.az

2Mənbələr