AZ

Azərbaycanda dörd dəfə ad dəyişən komandadan İLK

“Şamaxı” Azərbaycan çempionatlarının yüksək dəstəsində 56-cı böyükhesablı qələbəsini qazanıb.

Sportinfo.az PFL-in saytına istinadən xəbər verir ki, Ayxan Abbasovun baş məşqçisi olduğu komanda Premyer Liqanın 4-cü turunda “Karvan-Yevlax”a 3:0 hesabı ilə qalib gəlib.

Bu, klub tarixinə indiki ad altında Premyer Liqadakı ilk böyükhesablı qələbə kimi düşüb.

Komanda sonuncu dəfə “Keşlə” adlandığı vaxt üç və ya daha çox top fərqinə sevinib. 2022-ci il martın 12-də səfərdə “Səbail”ə 3 cavabsız qol vuran komanda, təxminən bir ay sonra Şamaxıya köçüb.

Klub əvvəllər “Xəzər Universiteti” və “İnter” adlarını da daşıyıb.

Seçilən
67
sportinfo.az

1Mənbələr