AZ

Polşanın hökumət binaları üzərində dron göründü – Tusk

Polşada hökumət binalarının üzərində dron qeydə alınıb.

Bizim.Media xəbər verir ki, bu barədə Polşanın Baş naziri Donald Tusk X hesabında yazıb.

O bildirib ki, dövlətin Hökumət Mühafizəsi Xidməti hökumət binalarının (Parkova küçəsi) və Belveder sarayının üzərində fəaliyyət göstərən pilotsuz uçuş aparatını (PUA) zərərsizləşdirib.

Baş nazirin sözlərinə görə, hadisə ilə bağlı iki Belarus vətəndaşı saxlanılıb və istintaq davam edir.

“Bir qədər əvvəl Dövlət Mühafizə Xidməti hökumət binalarının (Parkova) və Belvederin üzərində fəaliyyət göstərən dronu zərərsizləşdirdi. İki Belarus vətəndaşı saxlanılıb. Polis hadisənin təfərrüatlarını araşdırır”, – deyə Tusk qeyd edib.

Bizim.Media

Seçilən
31
bizim.media

1Mənbələr