AZ

Kadırovdan Puqaçovaya sərt reaksiya: O, tankları ilə öyünürdü!

Çeçenistan rəhbəri Ramzan Kadırov müğənni Alla Puqaçovanın Cövhər Dudayevlə bağlı fikirlərinə kəskin reaksiya verib.

Axar.az xəbər verir ki, Kadırov bu barədə Teleqram kanalında yazıb.

O qeyd edib ki, çeçen xalqının ən çətin anında Dudayev “raketlər və tanklarla öyünüb”.

Kadırov xatırladıb ki, həmin dönəmdə müharibə on minlərlə insanın həyatına son qoyub və çoxlu sayda insan əlil olub.

"Beləliklə, mövzudan tamamilə anlayışı olmayan bir sənətçinin bu pafoslu boş söhbəti daha yaxşı olar ki, öz daxilində dərin bir yerdə qalıb, bütöv bir xalqı qıcıqlandırmasın", - Kadırov bildirib.

Qeyd edək ki, sənətçi Çeçenistanın ilk prezidenti Cövhər Dudayevi nəcib və dürüst insan adlandırmışdı.

Seçilən
64
1
axar.az

2Mənbələr