Musavat.com xəbər verir ki, Böyük Britaniyanın Müdafiə Nazirliyi “Şərq Nəzarətçisi” (“Eastern Sentinel”) əməliyyatı çərçivəsində Polşaya “Typhoon” qırıcı təyyarələri göndərəcəyini açıqlayıb.
Bu qərar Polşa hava məkanında baş verən PUA insidentindən sonra qəbul olunub.
Qeyd edək ki, sentyabrın 10-da Polşanın baş naziri Donald Tusk gecə ərzində 19 drondan 3-nün Polşa ərazisi üzərində vurulduğunu və hava sərhədlərinin pozulduğunu bildirib. O, bununla bağlı Rusiyanı ittiham etsə də, heç bir sübut təqdim etməyib.
Rusiya Müdafiə Nazirliyi isə cavab olaraq Polşa ərazisində heç bir hədəfin planlaşdırılmadığını, zərbələrin yalnız Ukraynanın müdafiə sənayesi obyektlərinə yönəldiyini vurğulayıb.
Musavat.com