AZ

“Əgər şikayət yalnız "Real" və "Barselona" üçünsə, bu qərəzli olar”

La Liqa prezidenti Xavier Tebas Madrid “Real”ının FIFA-ya İspaniya futbolunda hakimlik barədə şikayət etmək istəməsi ilə bağlı fikirlərini açıqlayıb. Bu şikayət “Real”ın müdafiəçisi Din Hoysenin “Real Sosyedad”la oyunun 32-ci dəqiqəsində qırmızı vərəqə alması ilə bağlıdır.

90deqiqe.Az xəbər verir ki, "AS" funksionerin fikirlərini belə çatdırıb:

“Əgər deyirlər ki, hesabat bütün İspaniya hakimliyini əhatə edəcək, deməli bütün klubları əhatə etməlidir. Əgər yalnız ‘Real’ və ‘Barselona’ barədədirsə, bu qərəzli hesabat olar. Bizdə Opta-dan bütün klublarla bağlı qırmızı vərəqələr və penaltilər haqqında məlumatlar var. Mən ‘Real’ın çıxardığı qırmızı vərəqə ilə bağlı heç bir hesabat görməmişəm. Maraqlıdır… Hesabat tam olmalıdır və hər kəs öz nəticəsini çıxarsın. Bu, sadəcə rəqabətə zərər vurmaq üçün hazırlanır”

O əlavə edib: “Mən qırmızı vərəqə barədə şəxsi fikrimi bildirməyəcəyəm və bu işə qarışmağa ehtiyac yoxdur. Hakimlər bunu izah edəcəklər. Mənim azarkeş kimi öz fikrim var. Biz FVS (Football Video Support) sisteminə keçməliyik. Bu, İspaniya Futbol Federasiyasının ilk RFEF layihəsi çərçivəsindədir. Məşqçilər oyunlarla bağlı sual verə bilərlər, amma VAR otağı deyil. Vaxtımız azdır, indi qlobal sınaq keçirilir. Bu sistem mübahisələrin sayını azaldardı. Fikirləşməyimiz lazımdır, peşəkar yarışlarda bu sistemdən istifadə etmək mümkündürmü”.

Qeyd edək ki, FVS sistemi sayəsində məşqçilər hər oyunda iki dəfə videorepetisiyaya baxmaq üçün müraciət edə bilərlər. Əgər məşqçi səhv olduğunu düşünürsə, hakim kənara çıxaraq epizodun təkrarını izləyir. FVS, VAR sisteminə daha əlçatan alternativ kimi qiymətləndirilir.

Seçilən
50
90deqiqe.az

1Mənbələr