ain.az xəbər verir, Qaynarinfo saytına əsaslanaraq.
ABŞ-ın Kaliforniya ştatında tanınmış aşpaz Valentino Luçin maliyyə problemləri səbəbindən San-Fransiskoda bir gündə üç bankı qarət edib.
Qaynarinfo xəbər verir ki, o, bank əməkdaşlarına pul tələblərini əllə yazılmış qeydlərlə çatdırıb.
Luçin daha əvvəl də oxşar cinayət törədib. 2018-ci ildə o, Orinda şəhərində "Citibank" filialını pnevmatik tapança ilə hədələyərək 18 min dollar ələ keçirib. Həmin vaxt da aşpaz hərəkətlərini maliyyə çətinliyi ilə izah etmişdi.
2000-ci illərdə Kaliforniya mətbəxində tanınmış sima olan Luçin, San-Fransiskoda fəaliyyət göstərmiş məşhur "Rose Pistola" restoranında baş aşpaz işləyib. Daha sonra "Ottavio" restoranına rəhbərlik etsə də, müəssisənin müflis olması ilə karyerasında geriləmə başlayıb. İlk bank qarətindən sonra isə onun adı artıq restoran icmallarında yer almayıb.
Son cinayətlərdən nə qədər pul əldə etdiyi hələ məlum deyil. Prokurorluq Luçinə qarşı bir neçə epizod üzrə ittiham hazırlayır. Hazırda o, istintaq təcridxanasında saxlanılır.
Samir
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.