AZ

“Rafinya start heyətində yox idi, amma..."

“Barselona”nın baş məşqçisi Hans-Diter Flik İspaniya La Liqasının 4-cü turunda “Valensiya” üzərində 6:0 hesablı qələbədə braziliyalı hücumçu Rafinyanın start heyətində olmamasının səbəbini açıqlayıb.

90deqiqe.Az xəbər verir ki, "Marca" mütəxəssisin fikirlərini belə çatdırıb:

“Rafinyanın əhval-ruhiyyəsi əla idi, onun meydana çıxması texniki qərardır. Oyunçular üçün kifayət qədər matç olacaq. Rafinya və Araujo uzun uçuşdan sonra oyuna hazır idi”

Qeyd edək ki, Rafinya 2022-ci ilin iyulundan “Barselona”da çıxış edir. Bu müddət ərzində o, bütün turnirlərdə 148 oyuna çıxaraq 57 qol vurub və 51 məhsuldar ötürmə edib.

Seçilən
36
90deqiqe.az

1Mənbələr