NATO-nun Şərq Keşikçiləri əməliyyatında iştirak etmək üçün Polşaya təhvil verilən Fransa Hərbi Hava Qüvvələrinə məxsus “Rafale” qırıcıları nüvə silahı daşımaq qabiliyyətinə malikdir.
AFN.az xəbər verir ki, bu barədə "Defence-24" portalı məlumat yayıb.
Portalın qeyd etdiyi kimi, Fransa nüvə silahına malik təyyarələrin yerləşdiyi Sen-Dizierdəki 113-cü aviabazadan Polşaya "Rafale" eskadrilyasını göndərib. Portal təyyarənin Polşadakı yeni yerindən mövcud foto materialları tədqiq edərək güman edib ki, Minsk Mazowiecki aviabazasında qırıcılar Polşaya döyüş başlıqları olmadan gəliblər.
Fransa NATO-nun alyansın şərq cinahı ölkələrinin hava məkanını qorumaq üçün həyata keçirdiyi əməliyyatda iştirak etmək üçün Polşaya üç "Rafale" qırıcısını göndərib. Sentyabrın 12-də elan edilən əməliyyat sentyabrın 9-dan 10-na keçən gecə PUA insidentilə bağlı Varşavanın xahişi ilə Şimali Atlantika Müqaviləsinin 4-cü maddəsinə əsasən başlanmış məsləhətləşmələrin nəticəsi olub.