AZ

“Çarli Kirkin qətlini alqışlayan əcnəbilərə ABŞ vizası verilməməlidir” - Rubio

“Çarli Kirkin qətlini alqışlayan əcnəbilərə ABŞ vizası verilməməlidir”.

Bizim.Media xəbər verir ki, bu barədə ABŞ Dövlət katibi Marko Rubio bildirib.

"Biz belə şeylər üçün – məsələn, qətlin, edamın və ya siyasi xadimə sui-qəsdin təkrar olmaması üçün ABŞ-yə gələn insanlara viza verməməliyik.

Əgər artıq buradadırlarsa, vizaları ləğv edilməlidir. Ölkəmizə dağıdıcı davranış sərgiləmək və şər yaymaq istəyən insanları niyə buraxmalıyıq"— deyə ABŞ dövlət katibi qeyd edib.

Xatırladaq ki, amerikalı siyasi fəal və ABŞ Prezidenti Donald Trampın tərəfdarı Çarli Kirk sentyabrın 11-də Yuta Universitetində çıxışı zamanı güllələnib. Snayperlə boynundan güllələnən Kirk xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Hadisə yerinin yaxınlığında meşəlik ərazidə tüfəng aşkarlanmışdı və silahın atışmada istifadə edildiyi ehtimal edilirdi.

Bizim.Media

Seçilən
26
1
bizim.media

2Mənbələr