AZ

“Bavariya”da ciddi itki

“Bavariya” klubunun müdafiəçisi Rafael Qerreyro kiçik qarın əzələsi zədəsi səbəbindən meydana çıxa bilməyəcək.

90deqiqe.Az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Bildirilir ki, məlumat artıq tibbi xidmət tərəfindən təsdiqlənib, lakin 31 yaşlı portuqaliyalı futbolçunun bərpa müddəti açıqlanmayıb.

17 sentyabr tarixində “Bavariya” UEFA Çempionlar Liqasında “Çelsi” ilə qarşılaşacaq. Qerreyro 2023-cü ildən Münhen klubunun heyətində çıxış edir. Bu müddət ərzində o, 70 oyunda iştirak edib, 3 sarı vərəqə alıb, 8 qol vurub və 5 məhsuldar ötürmə edib. Transfermarkt portalına görə, futbolçunun bazar qiyməti 8 milyon avrodur.

Seçilən
6
90deqiqe.az

1Mənbələr