AZ

Umtiti 31 yaşında futbolçu karyerasını başa vurdu

Fransalı mərkəz müdafiəçisi Samuel Umtiti karyerasını 31 yaşında yekunlaşdırdığını açıqlayıb.

90deqiqe.Az xəbər verir ki, futbolçu bu barədə şəxsi sosial şəbəkə hesabında yazıb.

“Uzun və çətin bir karyeradan sonra, yüksəlişlər və düşüşlərlə dolu, vida etməyin vaxtıdır… Mən hər şeyi ehtirasla verdim və heç nədən peşman deyiləm. Çıxış etdiyim bütün klublara, prezidentlərə, məşqçilərə və komanda yoldaşlarıma təşəkkür edirəm. Bütün azarkeşlərə də dəstək üçün minnətdaram”, — deyə, futbolçu paylaşımında qeyd edib.

Xatırladaq ki, Fransa millisində 31 oyun keçirən müdafiəçi 4 qol vurub. O, əvvəl “Barselona”da da çıxış edib, İspaniya La Liqasında 91 matça çıxaraq 2 qol vurub və 1 məhsuldar ötürmə edib. Kataloniya klubunda Umtiti iki dəfə La Liqanı, üç dəfə Kral Kubokunu və iki dəfə Superkuboku qazanıb. O, həmçinin “Lion” və “Leççe” klublarında da çıxış edib.

Qeyd edək ki, Umtiti karyerası boyunca zədələr səbəbindən 208 oyunu buraxıb. 2018-ci ilin dünya çempionu olan Umtiti 2023-cü ildə “Lill”ə keçmiş, lakin 2024-cü ilin yanvarından bəri heç bir oyunda iştirak etməmişdi.

Seçilən
37
90deqiqe.az

1Mənbələr