AZ

“Bavariya”nın transfer siyahısına düşən 2 müdafiəçinin adı bəlli oldu

“Bavariya” klubu qış transfer pəncərəsi zamanı mərkəz müdafiəçiləri Mark Qehi (“Kristal Pelas”) və Kastello Lyukebanı (“Leypsiq”) transfer etmək istəyir.

90deqiqe.Az-ın "Bayern & Germany"ə istinadən məlumatına görə, Münhen klubu potensial transfer komandada müdafiənin mövsüm ərzində göstərdiyi performans və mümkün satışı nəzərə alınaraq həyata keçiriləcək. Belə ki, gələn yay Kim Min Jenin satılması ehtimalı da planlara təsir edə bilər.

25 yaşlı Qehinin “Kristal Pelas”la mövcud müqaviləsi 2026-cı ilin yayına qədərdir. Transfermarkt portalına görə, onun bazar qiyməti 45 milyon avrodur. 22 yaşlı Lyukebanın “Leypsiq”lə müqaviləsi isə 30 iyun 2029-cu ilə qədərdir və onun qiyməti 40 milyon avro olaraq qiymətləndirilir.

Seçilən
42
90deqiqe.az

1Mənbələr