Idman.biz portalından verilən məlumata görə, ain.az xəbər yayır.
“Real Madrid”in mərkəz müdafiəçisi Antonio Rüdiger sol bud nahiyəsindən zədə aldıqdan sonra ən qısa zamanda futbol meydanına qayıtmaq niyyətində olduğunu bildirib.
İdman.biz xəbər verir ki daha əvvəl 32 yaşlı futbolçunun zədə səbəbindən təxminən 3 ay yaşıl meydanlardan uzaq qalacağını bildirilib.
"İlk növbədə, mənə tez sağalmağı arzulayan bütün mesajlarınız üçün çox sağ olun. Onların hər birinə həqiqətən təşəkkür edirəm.
Bildiyiniz kimi, komanda yoldaşlarımla birlikdə ola bilməmək və klubda oynaya bilməmək qədər nifrət etdiyim heç nə yoxdur. Ancaq bir şeyə əminəm: mümkün qədər tez 100%-lə qayıtmaq üçün hər şeyi edəcəyəm. Əvvəllər də uğursuzluqlar yaşamışam, amma yenidən ayağa qalxacağam”, - almaniyalı futbolçu sosial media hesabında yazıb.
İdman.biz
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.