AZ

“Kadr hazırlığında ucuz və keyfiyyətli formul işləmir” Nazir

Yeniavaz portalından alınan məlumata görə, ain.az xəbər verir.

“İl ərzində ali məktəbdə bir tələbənin həkim hazırlığına 8 min manat vəsait xərclənir. Mühəndislik və digər ixtisaslarda isə bu rəqəm 2500 – 3000 manat arasında dəyişir”.

Yeniavaz.com xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev AzTV-nin “Hədəf” proqramında deyib.

Nazir vurğulayıb ki, göstərilən rəqəmlər dövlət sifarişi əsasında maliyyələşən ixtisaslara aiddir:

“Kadr hazırlığında ucuz və keyfiyyətli formul işləmir. Çox vaxt insanlar düşünürlər ki, az vəsaitlə yüksəksəviyyəli mütəxəssis yetişdirmək mümkündür. Bu, reallığa uyğun deyil. Azərbaycan - Türkiyə Universiteti, Azərbaycan - İtaliya Universiteti, ADA Universiteti kimi ali təhsil müəssisələrində xərclər daha yüksəkdir”.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
51
14
yeniavaz.com

10Mənbələr