AZ

"Uzun müddət düşündüm, Putin axmaq deyil, sonra şok oldum" - Alla Puqaçova

"Uzun müddət düşündüm. Axı Putin axmaq adam deyil, mən onu tanıyıram. Mən sadəcə onun lehinə təbliğat aparmadım, səs verdim".

"Unikal" xəbər verir ki, bu sözləri Rusiya estradasının ən simvolik fiqurlarından biri olan Alla Puqaçova bir neçə gün əvvəl böyük rezonans doğuran müsahibəsində deyib. 

 

"Əvvəl o yaxşı danışırdı. Hətta Ukrayna haqqında yaxşı danışırdı. Mən düşündüyüm hər şeyi deyirdi. O, sadəcə bir kumirim idi. Fikirləşdim: “Nə gözəl insandır”. Təbii ki, indi mənim üçün bu şok oldu. Hər kəs bilir ki, mən müharibənin əleyhinəyəm. Hamı bilir ki, ölkəmiz çox əziyyət çəkib. İkincisi, təbii ki. Ukraynaya yazığım gəlir. İnsanlar ölür, bədbəxtlik baş verir. İnsanlar gərək ticarət edə, birlikdə yaşaya. Mənim üçün Putinə olan inam Kursk işğal olunan zaman onun oraya getməməsi Kremldə qalması zamanı bitdi. Halbuki o prezident kimi oraya getməli vətəndaşlarla görüşməli idi. Bundan sonra Putinə olan inanım tamamilə bitdi" - deyə SSRİ xalq artisti Alla Puqaçova qeyd edib. 

Seçilən
29
unikal.az

1Mənbələr