Azertag saytına istinadən ain.az xəbər verir.
Vaşinqton, 15 sentyabr, AZƏRTAC
“Mən düşünmürəm ki, Rusiya Prezidenti Vladimir Putin Alyaskada ABŞ Prezidenti Donald Trampla görüşdən sonra cəsarətlənib”. AZƏRTAC-ın məlumatına görə, bu sözləri ABŞ Dövlət katibi Marko Rubio deyib. O, bildirib ki, müharibələr hər zaman şiddətlənir və eyni yolda davam edirsə, daha da pisləşir. “Bu dron əməliyyatları cəbhə xəttindən uzaqdır. Onlar əsasən bir-birini zəiflətmək üçün gerçəkləşdirilir. Prezident müharibəni bu səbəbdən bitirmək istəyir. Donald Tramp münaqişəni sona çatdırmaq üçün böyük miqdarda siyasi kapital, enerji və vaxt sərf edib”.
O bildirib ki, dünyada heç kim Rusiya - Ukrayna müharibəsini sona çatdırmaq üçün Trampdan daha çox iş görməyib: “Amma son nəticədə mübarizə aparan iki tərəfin razılaşması lazımdır. Bu, Trampın müharibəsi deyil. İndi də Prezident Tramp bunu sona çatdırmaq üçün əlindən gələni edir”.
Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.