ain.az, futbolpress-az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Premyer Liqada IV tur başa çatıb.
Futbolpress.az-ın məlumatına görə, turun oyunlarında məhsuldarlıq aşağı olub. 6 matçda cəmi 9 qol vurulub.
Ən çox qol “Şamaxı” – “Karvan-Yevlax” görüşündə qeydə alınıb – 3:0.
Bu tur bombardirlər üçün də sakit keçib. Aktivində 2 qol olan Robert Olabe (“Turan Tovuz”), Coy-Lens Mikels (“Sabah”) və Ceyhun Nuriyev (“Zirə”) fərqlənə bilməyiblər. Ümumiyyətlə, Premyer Liqa klublarında hücumçu problemi yaşanır. Bombardirlər siyahısında olan oyunçulardan yalnız Mikels hücumçudur. Digərləri yarımmüdafiəçi mövqeyində çıxış edir.
Çempionatda 4 tura ən az qol vuran komanda “Neftçi”dir. Paytaxt təmsilçisi cəmi 1 dəfə fərqlənib, o də penaltidən, Emin Mahmudovla… Hər oyun kifayət qədər şans qaçıran “ağ-qaralar” hücumçu sarıdan ən çox əziyyət çəkənlərdəndir.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.