Azərbaycan Zaqrebdə keçirilən güləş üzrə dünya çempionatında növbəti medalını qazanıb. 

Offsideplus.az xəbər verir ki, 92 kq. çəki dərəcəsində mübarizə aparan Osman Nurmaqomedov sərbəst güləş yığmamızın aktivinə bürünc medal əlavə edib. Güləşçimiz gürcüstanlı Miriani Maysuradzeyə 5:1 hesabıyla qalib gələrək dünya çempionatında bürünc medala yiyələnib. 

Qeyd edək ki, daha öncə  Giorgi Meşvildişvili gümüş, Arseniy Djioyev və Nürəddin Novruzov bürünc medal əldə edib.