AZ

Klopp bu nəhəng klubu çalışdıra bilər

"Liverpul"dan ayrıldıqdan sonra məşqçilik fəaliyyəti ilə məşğul olmayan Yurgen Kloppla bağlı yeni iddia ortaya atılıb. Metbuat.az xəbər verir ki, Yurgen Klopp “Benfika”nı çalışdıra bilər. “Benfika”da prezidentə namizəd Carvalho, mövsümün sonunda məşqçi Bruno Lageni istefaya göndərəcəyini ifadə edib. O, kluba Yurgen Kloppu gətirəcəyini bəyan edib.

Carvalho, “Mənə Çempionlar Liqasını qazanmış və "Benfika" ilə Çempionlar Liqasını qazanmaq istəyən yüksək səviyyəli məşqçi lazımdır. Ağlıma gələn yalnız bir ad var: Yurgen Klopp” - deyə bildirib.

Seçilən
9
metbuat.az

1Mənbələr