AZ

Keçmiş pilot Formula 1 məsafələrinin azaldılmasında Domenikalini dəstəkləyib

Keçmiş Formula 1 pilotu Conni Herbert çempionatın yarışlarının qısaldılmasının mümkünlüyündən danışıb.

İdman.biz bildirir ki, "Formula 1"in rəhbəri Stefano Domenikali əsas yarışlarda məsafənin qısaldıla biləcəyini istisna etməyib.

"Monako, yəqin ki, daha qısa yarışın alına biləcəyinə nümunədir. Düşünürəm ki, bu, yarışı daha intensiv edəcək, buna görə də o, daha yaxşı olacaq. Domenikali ilə razıyam ki, çox uzun yarışlar var.

Televiziyada işlədiyimi və statistikaya baxdığımı xatırlayıram: əvvəldə tamaşaçılar yarışa köklənir, sonra ortada maraq azalır və azarkeşlər axırda qayıdırlar. Əgər yarışı qısaltsanız, izləyicini əvvəldən axıra qədər saxlaya bilərsiniz. Həmişə gözlənti olacaq. Sprint həftə sonunda eyni məsafədə iki yarış keçirə bilərsiniz. Ola bilsin ki, bu, pərəstişkarlar üçün daha cəlbedici olacaq”, - GPFans Herbertdən sitat gətirir.

İdman.biz

Seçilən
9
1
idman.biz

2Mənbələr