Ukraynada müharibə başa çatmaq üzrədir.
Yenisabah.az xəbər verir ki, bunu ukraynalı deputat Fyodr Venislavski deyib.
“İndi müharibənin sona çatdığı aşkar olanda bəziləri bunu etiraf edir, bəziləri isə yox. Amma əslində biz bu istiqamətdə gedirik. Bunu xüsusilə ABŞ Prezidenti Donald Trampın bəyanatları göstərir. Amerika lideri aydın başa düşür ki, Ukrayna Prezidenti Volodimir Zelenski və Rusiya prezidenti Vladimir Putin arasında danışıqlarda onun şəxsi iştirakı olmadan bu proses getməyəcək. Və o, səylərinin məhz bu vektorunu gücləndirməyə hazırdır”, - Venislavski bildirib./Axar.az Sezar pizza
Telegram kanalımız