AZ

Azərbaycan və Özbəkistan arasında strateji müttəfiqlik məsələləri müzakirə edilib

Bakı. Trend:

15 sentyabr 2025-ci il tarixində Azərbaycan Respublikasınınxarici işlər naziri Ceyhun Bayramov Qətər Dövlətinin paytaxtı Dohaşəhərində keçirilən Fövqəladə Ərəb-İslam Sammiti çərçivəsindəÖzbəkistan Respublikasının xarici işlər naziri Baxtiyor Saidov iləgörüşüb.

XİN-dən Trend-ə bildirilibki, görüş zamanı strateji müttəfiqlik səviyyəsindəkiAzərbaycan-Özbəkistan əlaqələrinin bütün sahələrdə dinamikinkişafından məmnunluq ifadə edilib, bu əlaqələrin təməlində ikiölkənin dövlət başçıları arasında dostluq və qardaşlıqmünasibətlərinin və sıx təmasların dayandığı vurğulanıb.

İqtisadiyyat, ticarət, investisiyalar, nəqliyyat, energetika,mədəniyyət və humanitar sahələrdə ikitərəfli əməkdaşlığın daha dagenişləndirilməsi üzrə aparılan birgə fəaliyyətlər və layihələrbarədə fikir mübadiləsi aparılıb.

Beynəlxalq və regional təşkilatlar, o cümlədən BMT, Türk DövlətləriTəşkilatı, Qoşulmama Hərəkatı, Asiyada Qarşılıqlı Fəaliyyət vəEtimad Tədbirləri üzrə Müşavirə, İslam Əməkdaşlıq Təşkilatı vəİqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində qarşılıqlı dəstək vəəməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparılıb.

Nazir Ceyhun Bayramov ölkəmizin cari ilin oktyabr ayında evsahibliyi edəcəyi Türk Dövlətləri Təşkilatının növbəti ZirvəToplantısına hazırlıq işləri barədə həmkarına məlumat verib.

Təhlükəsizlik məsələləri və regional inkişaflar, o cümlədən YaxınŞərqdəki qarşıdurmadan narahatlıq ifadə edilib, artan gərginliyindiplomatik yollarla həll edilməli olduğuna dair həmfikirlikbildirilib.

Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlərətrafında fikir mübadiləsi aparılıb.

Seçilən
9
12
az.trend.az

10Mənbələr