AZ

100 yaşlı amerikalı qadın hələ də idman zalına gedir

ain.az, Tribuna portalına istinadən məlumatı açıqlayır.

ABŞ-da yaşayan Meri Koroneos bu ilin iyununda 100 yaşını qeyd edib. O hesab edir ki, uzunömürlü olmasının əsas səbəbləri fiziki hərəkətlər, güclü sosial münasibətlər və həyatdan zövq almaq bacarığıdır.

Tribunainfo.az xəbər verir ki, bu barədə Business Insider yazıb.

Koroneosun gündəliyi kifayət qədər sıxdır: səhərlər o, iki qəzet oxuyur, idman zalına gedir, günortadan əvvəl isə dəniz kənarında vaxt keçirir. Yubileyini isə Konnektikut ştatının Norvolk şəhərində yaşayan 65 yaşlı qızı Afina ilə birlikdə səs-küylü şənliklə qeyd edib.

Onun uşaqlığı Pensilvaniyada kiçik mədən şəhərində keçib. Ailədə çox pul olmasa da, uşaqlar fiziki işlərlə böyüyüblər – ev işlərində anaya kömək ediblər, asudə vaxtlarını isə gəzinti və oyunlarla keçiriblər. Məktəb illərində Koroneos basketbol və voleybol oynayıb, ali təhsil alıb və daha sonra Təhsil üzrə magistr dərəcəsini əldə edib.

Qızı Afina deyib ki, anası 70 yaşına qədər müəllim işləyib, pensiyaya çıxdıqdan sonra isə yenə də aktiv qalıb – hətta 90 yaşında belə müəllimləri əvəzləyirdi.

İdman və sağlam həyat tərzi

100 yaşında olmasına baxmayaraq, Koroneos hələ də idman zalına gedir, yüngül çəkilərlə güc məşqləri edir, trenajor və velotrenajorla kardio məşqlər həyata keçirir. O, hətta yüksək intensivlikli məşqlərə də qoşulur. Yayda yıxılaraq iki sümüyünü sındırsa da, cəmi üç həftə sonra yenidən idmana qayıdıb.

Qidalanmasına da diqqət edir: “Mən artıq yemirəm və spirtli içki qəbul etmirəm”, – deyə bildirib. Onun gündəlik menyusuna yumurta, çay, tərəvəzli toyuq şorbası, qızının bişirdiyi yeməklər və az miqdarda desert daxildir.

Zehni və sosial aktivlik

Koroneos yalnız bədənini deyil, beynini də daim məşq etdirir – xəbərləri izləyir, yeni biliklər öyrənir və insanlarla ünsiyyətdə olur. O, hətta zarafatla 80 yaşdan yuxarı yaraşıqlı kişilərə də diqqət yetirdiyini deyir.

Eyni zamanda qadın imanının da ona güc verdiyini söyləyib: “Mən bilirəm ki, yuxarıda hər şeyə nəzarət edən biri var. Bu düşüncə məni daha düzgün davranmağa vadar edir”.

Qızı Afina isə əlavə edib: “Anam sübut etdi ki, dostluq, öyrənmək və yeni təcrübə ilə dolu həyat insana gənclik verir. Heç vaxt gec deyil – hər yaşda başlamaq olar”.

İmran Kərimli

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
7
1
tribunainfo.az

2Mənbələr