AZ

 Hakimiyyətin REAL dialoqu: Natiq Cəfərli Ədalət Vəliyevlə görüşdü

Bu gün Respublikaçı Alternativ partiyası (REAL)Siyasi Komitəsinin sədri Natiq Cəfərli Prezident Administrasiyasının siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev ilə görüşüb.

Sherg.az xəbər verir ki, bu barədə REAL Partiyasının mətbuat xidməti məlumat yayıb.

Söhbət zamanı ölkədəki siyasi-ictimai durum, qanunvericilik prosesi ilə bağlı fikir mübadiləsi aparılıb, Qarabağ və Şərqi Zəngəzura köç məsələlərinə toxunulub.

Dövlət və siyasi partiyalar arasında mütəmadi fikir mübadiləsinin davam etdiriməsinin vacibliyi görüşdə bir daha qeyd olunub.
Seçilən
22
2
sherg.az

3Mənbələr