AZ

Birincilərin ilk dərs günü həyacanı...

Bu gün ilk dərs günüdür. İlk dərs günü birincilər üçün həyacanlı olur. Dərsə gedən birincilərin əksəriyyəti  valideynindən ayrılmaq istəmir. Belə olan halda həmin uşaqlar həyacandan ağlamağa başlayır. 

Psixoloq Könül İsmayılova Hit.az-a deyib ki, 6 yaşlıların yeni bir məktəb dövrünə başlaması əksər uşaqlar üçün həyəcanvericidir:

“Valideyn övladlarının məktəbə getməməsinə müqavimət göstərdikdə, edə biləcəkləri ən vacib şey onsuz da onları məktəbə göndərməkdir. Bu çətin ola bilər, ancaq uşaqları narahat edən vəziyyətlərdən qaçmağa icazə versək, bu vəziyyətlərin həqiqətən təhlükəli və ya qorxulu olduğunu tədricən gücləndirə bilərik. Evdə keçirdikləri vaxt onlara güvən verdikcə və münasibət pozitiv qurulduqca uşağınız səhər məktəbə gedərkən evdən ayrılma qorxusu yaşamayacaq. Ancaq uşaqlar narahat olmağa və şikayət etməyə davam edərsə, narahatlığa səbəb ola biləcək şeyləri araşdırmaq da vacibdir”.

Sevinc

Seçilən
13
hit.az

1Mənbələr