AZ

Azərbaycan karateçiləri Avropa çempionatı və birinciliyində uğur qazanıblar

Azərbaycan

Azərbaycan təmsilçiləri Rumıniyanın Timișoara şəhərində keçirilən XXI qocyu-ryu karate üslubu üzrə Avropa çempionatı və birinciliyində uğur qazanıblar.

Xalqcebhesi.az xəbər verir ki, Nurlan Quliyevin rəhbərliyi altında yarışda iştirak edən komanda yüksək nəticələrə imza atıb.

Karateçilərin hazırlığında və uğurlarında pay sahibi olan məşqçilər - Azər Aslan, Elşən Xamoyev, Röya Səfərov, Elmin İsayev, Qadir Hüseynov və Ruslan İsmayılov - öz yetirmələri ilə birlikdə müxtəlif yaş və çəki dərəcələrində nümunəvi çıxışlar göstəriblər.

Mikayıl Nağıyev, Əli Məmmədzadə, Elvin Həşimli, Ömər Bəkir, Viktoriya Qrizmin və Əlmədət Mikayılov fəxri kürsünün ən yüksək pilləsinmə qalxıblar.

Qeyd edək ki, Elşən Xamoyev və Ruslan İsmayılov həm də hakim kimi yarışda təmsil olunublar.

Seçilən
8
4
xalqcebhesi.az

5Mənbələr