Premyer-liqanın debütantı “Karvan-Yevlax” stadionu hazır olmadığına görə müvəqqəti Şamaxıda oynayır. Yevlax təmsilçisi artıq iyuldan şəhər stadionunda bərpa işlərinə başlayıb.
“Karvan-Yevlax” nə vaxt doğma stadionda oynaya biləcək? Klubun mətbuat xidməti “Football-plus.az”a PFL-in təftiş qrupunu gözlədiklərini demişdi.
Qurumun Media və marketinq direktoru Sənan Abdullayev hələ ki heç nəyin dəqiqləşmədiyini, sentyabrın 16-da olacaq təftiş zamanı vəziyyətin aydınlaşacağını bildirdi.
MÜZƏFƏR QULUZADƏ
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta